» » Millimizin sabiq üzvü rəsmən "Neftçi"də

Millimizin sabiq üzvü rəsmən "Neftçi"də

Millimizin sabiq üzvü rəsmən "Neftçi"dəMillimizin sabiq futbolçusu İlkin Qırtımovun "Neftçi"yə keçidi rəsmiləşib. Son olaraq "Keşlə"də çıxış edən cinah müdafiəçisi bu gün "ağ-qaralar"la sözləşmə imzalayıb. Müqavilənin şərtlərinə görə, təcrübəli futbolçu 2019-cu ilin yayına qədər paytaxt klubunun şərəfini qoruyacaq. Qırtımov "Keşlə"dən öncə "Simurq"da forma geyinib. 6 il Zaqatala klubunda oynayan müdafiəçi, 2015-ci ildə "Keşlə"yə keçib.  

27 yaşlı futbolçunun "Neftçi"yə keçəcəyi ilə bağlı ilk xəbəri futbol11.az saytı verib. 
Qeyd edək ki, "Neftçi" bunadək Aqil Məmmədov və Fərid Abbaslını rənglərinə bağlayıb. 
330     
Reklam

Reklam