» » Kasıb "Keşlə" yeni baş məşqçiyə bir qucaq pul verəcək

Kasıb "Keşlə" yeni baş məşqçiyə bir qucaq pul verəcək

"Keşlə"nin Yuri Maksimova tapşırılmasını günlər öncə xəbər vermişdik.
 
Yaxınlarda Bakıya 2 günlük səfərə gələn ukraynalı mütəxəssis paytaxt təmsilçisi ilə 1,5 illik müddətə anlaşıb. 

Bunadək ölkəsi ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan kimi postsovet respublikalarında çalışmış baş məşqçinin maaşı 8000 dollar civarındadı.
 
«Keşlə» yayda avrokuboklara vəsiqə qazansa, məvacibi 10000 dollara qədər artırılacaq. O, yeni işinin icrasına yanvarın 5-də başlayacaq.
 
Həmin gün istirahətdən qayıdacaq sabiq «bankirlər» mövsümün ikinci hissəsinin hazırlığına öncə Bakıda start verəcək, ardınca Türkiyəyə yollanacaq (Sportinfo.az).
357     
Reklam

Reklam