» » "Neftçi"dən ilk transfer

"Neftçi"dən ilk transfer

"Neftçi"dən ilk transfer"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırıb.  Paytaxt klubu "Keşlə"nin sağ cinah müdafiəçisi İlkin Qırtımovu heyətinə cəlb edib.
27 yaşlı futbolçu ilə ilyarımlıq müqavilə imzalanıb. İlkin "Keşlə"ylə anlaşmasını pozaraq karyerasını digər paytaxt təmsilçisində davam etdirməyi üstün tutub. 
Xatırladaq ki, Qırtımov artıq tarixin yaddaşına köçən Zaqatalanın "Simurq" klubunda çıxışıyla tanınıb. O, 2015-ci ildə "Simurq" dağılanda o vaxt "İnter" adlanan "Keşlə"yə keçmişdi. Təcrübəli müdafiəçi yığmamızda oyun keçirib. 
370     
Reklam

Reklam