» » Nazim Süleymanov “Əfsanələrin oyunu”nda - FOTO

Nazim Süleymanov “Əfsanələrin oyunu”nda - FOTO

Nazim Süleymanov “Əfsanələrin oyunu”nda - FOTOVladiqafqazda "Əfsanələrin oyunu” adlı dostluq görüşü keçirilib.

Qarşılaşmada 1995-ci ildə Rusiya çempionu olan "Alaniya”nın veteran futbolçuları ilə Osetiya yığması çıxıb. "Alaniya”nın heyətində bu komandayla birgə ölkə çempionu olmuş millimizin sabiq kapitanı Nazim Süleymanov da yer alıb.

"Spartak” stadionunda 12 min azarkeşin izlədiyi qarşılaşma 5:5 hesabı ilə yekunlaşıb. Süleymanov bu matçda qol vurmasa da, gənc yaşlarındakı kimi driblinqlərlə azarkeşlərin alqışlarını qazanıb.
158     
Reklam

Reklam