» » Sadıq Sadıqov Cüdo Federasiyasına vitse-prezident təyin olundu

Sadıq Sadıqov Cüdo Federasiyasına vitse-prezident təyin olundu

Sadıq Sadıqov Cüdo Federasiyasına vitse-prezident təyin olunduBu gün Azərbaycan Cüdo Federasiyasının konfransı keçirilib. "Report"un məlumatına görə, konfransda qurumun rəhbərliyi müəyyənləşib. Premyer.az "Report"a istinadən xəbər verir ki, "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri Sadıq Sadıqov federasiyanın vitse-prezidenti təyin olunub. Baş katib vəzifəsində isə Elmar Babanlı çalışacaq. Bundan başqa, İcraiyyə Komitəsinin tərkibi də müəyyənləşib.
 
Komitədə federasiya prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Sadıq Sadıqov, Mikayıl İsmayılov və Elnur Məmmədli, baş katib Elmar Babanlı, Cəbrayıl Cəbrayılov, Ağayar Axundzadə, Nazim Hüseynov, Rasim Muradov, Raqif Abbasov, Cəbrayıl Həsənov və Mövlud Mirəliyev yer alıb.
 
Konfransda çıxış edən federasiya prezidenti Rövnəq Abdullayev yeni hədəflərdən danışıb. O bildirib ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 7 lisenziya qazanmaq lazımdır: "Bu məqsədlə mümkün qədər çox yarışda geniş heyətlə iştirak etmək zəruridir. Bölgələrdə də cüdonun inkişafına çalışmaq lazımdır".
254