» » Azərbaycan Super Liqasının başlama vaxtı bilindi

Azərbaycan Super Liqasının başlama vaxtı bilindi

Azərbaycan Super Liqasının başlama vaxtı bilindiAzərbaycan Futnet Federasiyasının inzibati binasında qurum rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə futtennis üzrə ilk Azərbaycan Super Liqasının püşkatma mərasimi keçirilib. Federasiyanın birinci vitse-prezidenti Samir Məmmədov tədbiri açıq elan etdikdən sonra, klub rəsmiləri çempionatın reqlamenti ilə tanış olaraq, onları maraqlandıran suallara cavab tapıblar. Qonaqlara Super Liqanın rəsmi loqotipi də nümayiş etdirilib. 
12 klubun mübarizə aparacağı birinci ölkə çempionatına dekabrın 12-də start veriləcək. Komandalar A və B qruplarında mübarizə aparacaq. İlk turda A qrupunun qarşılaşmaları oynanacaq. B qrupunda ilk turun matçları dekabrın 14-ə təsadüf edəcək. Super Liqanın bütün görüşləri "Marafon" İdman Klubunun idman zalında baş tutacaq. Hər qrupda ən çox xal toplayan 4 komanda çempionatın 1/4 final mərhələsinə yüksələcək. Bu mərhələdən etibarən komandalar olimpiya sistemi üzrə birincilik uğrunda mübarizəni davam etdirəcək. Qeyd edək ki, toplantıdan sonra klub rəsmiləri idman zalında oyun qaydaları ilə yaxından tanış olublar. 

Futtennis üzrə Azərbaycan Super Liqası 
A qrupu

Xilə
Atletiko Bakı
Yasamal 
Nur 
Marafon
Yeni Günəşli

B qrupu 
Şuşa-2017
Xəmsəfan Gəncə 
Meqa 
Zülfüqar 
Neftçi İK
Veteranlar

Futtennis üzrə Azərbaycan Super Liqası 
Birinci tur
(A qrupu)

12 dekabr, saat 15:00
Xilə-Yeni Günəşli
Atletiko Bakı-Marafon
Yasamal-Nur

(B qrupu)
14 dekabr, saat 15:00
Şuşa-2017-Veteranlar
Xəmsəfan Gəncə-Neftçi
Meqa-Zülfüqar
24