» » "Keşlə"ni Qəbələdə dəstəkləyən azarkeş Premyer.az-a danışdı

"Keşlə"ni Qəbələdə dəstəkləyən azarkeş Premyer.az-a danışdı

"Keşlə"ni Qəbələdə dəstəkləyən azarkeş Premyer.az-a danışdıXəbər verdiyimiz kimi, bu gün Topaz Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Keşlə" (3-0) oyununda qonaq komandanı yalnız bir azarkeş dəstəkləyib. Bu, "Keşlə"nin sadiq azarkeşi Elnur Yusifovdur. O, bununla bağlı Premyer.az saytına danışıb:
 
"Əhvalımın yaxşı olduğunu deyə bilmərəm. Qələbəyə layiq oynayıb, məğlub olmaqlarımız çox pis təsir edir. Daim "İnter"ə ("Keşlə") azarkeşlik etmişəm. Təbii ki, tək əldən səs çıxmır. Amma ənənəni davam etdirmək üçün Qəbələyə getdim. Çünki bu günə qədər bütün oyunlara getmişəm. Özümlə komandanın bayraqlarını götürdüm, bir neçəsini stadiondan asdım, birini isə oyun ərzində əlimdə saxlayıb, yellədim".
 
Elnur Yusifov Mirhüseyn Seyidov və Nizami Hacıyevin futboldan ömürlük uzaqlaşdırılmasına da fikrini bildirib:
"Əlbəttə, bununla razılaşmır və qəbul etmirik. Ətraflı nəsə bilmirik. Mətbuatdan oxuyuruq".
 
Premyer.az
100     
Reklam

Reklam