» » Ramiz Məmmədov: " Təcrübəsiz futbolçulara görə uduzduq"

Ramiz Məmmədov: " Təcrübəsiz futbolçulara görə uduzduq"

Ramiz Məmmədov: "  Təcrübəsiz futbolçulara görə uduzduq""Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının XIV turunda "Qəbələ”yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan mətbuat konfransı keçirib.
 
Mütəxəssis öncə matçı dəyərləndirib. 
- Məlum səbəblərə görə oyunu iki hissəyə bölmüşdük. Tapşırıqları çatdırmışdıq. Bilirsiniz ki, oyunçuların bəziləri əvəzedici heyətdən gəlib. Verdiyim tapşırığı futbolçular layiqincə yerinə yetirdilər. Ümumilikdə, birinci hissədə müdafiə xarakterli oyun var idi. İkinci hissədə əksinə olaraq hücum oynayıb, əks hücumlara ümid edirdik. Deyə bilərəm ki, oyundan razı qaldım.
 
 
- Bugünki oyunda şübhəli oyunçular var idi mi?
- Xeyr, futbolçularım yaxşı oynadı. Mübarizə və əzmkarlıq var idi. Sadəcə, təcrübəsizlik var idi. Bu komandanı söküb yenidən yığmaq lazımdır. Ən azı 6-7 oyunçu lazımdır.
 
 
- Əsas ümidiniz ölkə kubokunadı?
- Bizdə əzmkarlıq yavaş-yavaş yaranır. Sona qədər mübarizə aparacağıq. İkinci dövrədən sonra rəqiblər üçün asan keçilən sədd olmayacağıq. Nə qədər bacaracağıqsa, irəli gedəcəyik.
 
 
- Mirhüseyn Seydov və Nizami Hacıyevin 6 oyunda danışılmış oyun şübhəsi var idi. Bu doğrudur?
- Bu söhbətə qayıtmaq istəmirəm. Lazım olan qədər açıqlamar var. Nə lazımdırsa, həmin oyunçulardan soruşun. 
 
Foto, Video: Rauf İskəndərov
34