» » Xorvatiya millisinin baş məşqçisi istefaya göndərildi

Xorvatiya millisinin baş məşqçisi istefaya göndərildi

Xorvatiya millisinin baş məşqçisi istefaya göndərildiAÇ-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib. Premyer.az xəbər verir ki, buna yığmanın seçmə mərhələnin son iki turunda uğursuz çıxış etməsi səbəb olub. Öncə Bakıda millimizlə 0:0 bərabərə qalan Niko Kovaçın başçılıq etdiyi komanda ardından səfərdə Norveçə 2:0 hesabı ilə uduzaraq turnir cədvəlinin üçüncü pilləsinə yuvarlanmaqla yanaşı, Avropa çempionatının final mərhələsinə birbaşa getmək şansını da çətinə salıb.
 
Komandanın son çıxışlarından narazı qalan federasiya rəhbərliyi Kovaçla yolları ayırmaq qərarına gəlib. Yeni baş məşqçinin adının sentyabrın 21-nə kimi açıqlanacağı bildirilir.
263     
Reklam

Reklam