» » Şəhriyar Məmmədyarov dünya üçüncüsüdür

Şəhriyar Məmmədyarov dünya üçüncüsüdür

Şəhriyar Məmmədyarov dünya üçüncüsüdürBeynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.  Dekabr üçün müəyyənləşən kişi şahmatçıların reytinqində yığmamızın lideri Şəhriyar Məmmədyarov müstəqillik tariximizdə ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeyster 2799 xalla Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyanı (Ermənistan, 2805) izləyir.
 
Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb.  
 
126     
Reklam

Reklam