
Bir az əvvəl "Keşlə"nin Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı açıqlamasını təqdim etmişdik. Açıqlamada diqqət çəkən bir məqam da var. Belə ki, "Keşlə"nin futbolçuları Nizamı Hacıyev və Mirhüseyn Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması yalnız "Neftçi"yə qarşı TPL-in XIII tur oyunu ilə əlaqəli olmayıb. Həmin oyunçular daha bir neçə matçın satılmasında şübhəli bilinirlər.
Bu barədə "Keşlə" rəsmi məlumat yayıb. Bildirilir ki, adıçəkilən futbolçular 5-6 qarşılaşmanın nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsində şübhəli bilinirlər. Ancaq həmin oyunların hansılar olduğu barədə məlumat verilməyib.
Klub, həmçinin, onu da açıqlayıb ki, Nizami hacıyev və Mirhüseyn Seyidovla müqaviləyə 4 gün öncə xitam verilib.