Ramin Musayev futbolçuların həbsi barədə: “Neftçi” – “Keşlə” matçı araşdırılacaq? » Premyer.Az
» » Ramin Musayev futbolçuların həbsi barədə: “Neftçi” – “Keşlə” matçı araşdırılacaq?

Ramin Musayev futbolçuların həbsi barədə: “Neftçi” – “Keşlə” matçı araşdırılacaq?

Ramin Musayev futbolçuların həbsi barədə: “Neftçi” – “Keşlə” matçı araşdırılacaq?"Futbolçuların həbs olunması barədə heç nə eşitməmişəm”. Bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
 
Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” – "Keşlə” (3:1) oyununda qonaqların 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov bilərəkdən zəif çıxış etməkdə ittiham olunurlar. "Keşlə”dən uzaqlaşdırılan həmin futbolçuların oyunu satdıqları üçün dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olduqları iddia edilir.
 
Məsələ ilə bağlı fikirlərini bildirən Ramin Musayev bundan xəbərsiz olduğunu söyləyib. PFL rəhbəri "Neftçi” – "Keşlə” qarşılaşması ilə bağlı araşdırma aparmağa ehtiyac duymadıqlarını əlavə edib: "AFFA və PFL bu oyunla bağlı heç bir araşdırma aparmayacaq. Çünki orda şübhəli bir məqama rast gəlməmişik”.
280     
Reklam

Reklam