» » "Keşlə"nin prezidenti futbolçuların həbsini təsdiqlədi - “Azərbaycan futbolu üçün böyük ləkə olacaq”

"Keşlə"nin prezidenti futbolçuların həbsini təsdiqlədi - “Azərbaycan futbolu üçün böyük ləkə olacaq”

"Keşlə"nin prezidenti futbolçuların həbsini təsdiqlədi - “Azərbaycan futbolu üçün böyük ləkə olacaq”Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusu saxlanıldığı barədə məlumat vermişdik. Bu barədə "Report”a danışan paytaxt klubunun prezidenti Zaur Axundov yayılan xəbərləri təsdiqləyib. O, bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar. Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb:
 
"Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
 
Qeyd edək ki, Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılmaları xəbərini ilk dəfə futbolinfo.az saytı yazıb.
239     
Reklam

Reklam