» » Yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub

Yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub

Yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulubTovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub. Yarışın sonuncu günündə 6 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə İlkin Yusifov (50 kq), Rəşad Abdullayev (55 kq), İsmayıl Zamanov (60 kq), Ərəstun Həsənov (66 kq), İlham Mollayev (73 kq) və İbrahim Kərimov (73 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı XI respublika oyunlarının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.
320     
Reklam

Reklam