» » "Kəpəz"in futbolçusu: "Qəbələ"yə evdə də qalib gələ bilərik"

"Kəpəz"in futbolçusu: "Qəbələ"yə evdə də qalib gələ bilərik"

"Kəpəz"in futbolçusu: "Qəbələ"yə evdə də qalib gələ bilərik""Hər şey yaxşıdır, qarşıdakı oyuna da hazırlığımız necə lazımdırsa, elə də keçib. Odur ki, yaxşı nəticə qazanmağa çalışacağıq. Bunun üçün də əlimizdən gələni edəcəyik". Bu sözləri "Kəpəz"in futbolçusu İlyas Səfərzadə klubun saytına açıqlamasında deyib.

Gənc yarımmüdafiəçi Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində bu gün "Qəbələ" ilə keçiriləcək  oyun haqda danışıb:
 
"Təbii ki, biz futbolçular da vəziyyətlə bağlı təhlil aparırıq. Bu durum bizi məyus edir. Uğursuzluğu heç kim istəməz. Komanda uduzursa, ilk növbədə günah futbolçularındı. İndi komandaya yeni baş məşqçi gəlib, inşallah, onun rəhbərliyi altında uğurlu nəticələr göstərməyə çalışacağıq".
 
İlyas Səfərzadə vaxtilə də Yunis Hüseynovun rəhbərliyi altında çıxış edib. O, "Xəzər Lənkəran"da forma geyinəndə Hüseynov komandanın baş məşqçisi olub. Elə indi "Kəpəz"də yer alan Kamran Abdullazadə və Tural Cəlilov da bir vaxtlar Hüseynov ilə birgə işləyib:
 
"Bilirik ki, Yunis müəllim Gəncə üçün doğma insandı. O, futbolçu kimi burada yetişib, "Kəpəz"də oynayıb. İndi isə komandanın baş məşqçisidi. Elə biz də Lənkəran klubunda onun başçılığı altında oynamışıq. İş üslubuna bələdik, futbolçulardan nəyi istədiyini bilirik. Əlimizdən gələni edəcəyik ki, komandanın çıxışı yaxşı olsun. Rəhbərlik və azarkeşlər bizdən bunu gözləyir. İlk olaraq "Qəbələ"yə qarşı oyunda uğurlu nəticə əldə etməliyik. Bu rəqibə səfərdə qalib gəlmişik, evdə də qələbə qazana bilərik".
162     
Reklam

Reklam