» » İnqilab “QARAbağ”ı qızartdı (QEYD)

İnqilab “QARAbağ”ı qızartdı (QEYD)

İnqilab “QARAbağ”ı qızartdı (QEYD)Ölkə Premyer Liqasının 12-ci turuna "Qarabağ” – "Sumqayıt” oyunu ilə start verildi (2-0). Əslində oyundan əvvəl əsas müzakirə olunan məsələlərdən biri matçın Bakı Olimpiya Stadionunda keçirilməsi idi. İlk baxışda adi hal kimi görünsə də, burada əsasnamə pozulub. Belə ki, bir komanda mövsüm üçün iki stadionu sifariş edə bildiyi halda, "Qarabağ” üçüncü stadiona ev sahibliyi etdi. PFL tərəfindən verilən rəsmi açıqlamada bu əsasnamədə 3 il əvvəl dəyişiklik edildiyi deyilsə də, nədənsə ən xırda detalları belə rəsmi səhifəsində yayımlayan qurum, bu məsələyə biganə yanaşmışdı. Qısası belə hal varsa belə, mətbuat bundan bixəbər qalmışdı. Bu durumda "bəlkə də əsasnamə bu məsələ qabardıldıqdan sonra dəyişdirilib ki, əlimizdə heç bir sübut olmasın” fikrini də ortaya atmağa əsas verir...
... Sakit başlayan "Qarabağ” – "Sumqayıt” oyununun qırılma nöqtəsi isə ilk yarım saatın tamamında oldu. Ağdam klubunun qapıçısı Şehiç aqressiv oyuna görə matçın baş hakimi İnqilab Məmmədov tərəfindən qırmızı vərəqə ilə cəzalandırıldı. Haqlı və yerində verilmiş qərar idi. Di gəl ki, əsas həngamə İnqilab Məmmədovun Şehiçə qırmızı vərəqə göstərməyəcəyi zaman olardı. Niyə göstərməsin? Burda bir neçə məqam var. "Qarabağ”ın imici, ölkədə "Qarabağ”a qarşı diqqət, komandanın ÇL-da mübarizə aparması, hakimlərin "Qarabağ”ın futbolçularına vərəqə göstərərkən bir yox, az qala üç dəfə düşünməsi və AFFA, PFL-də bunun heç də xoş qarşılanmayacağı. Ova gedən ovlanar misalı, əgər Şehiçə göstərilən vərəqədə az da olsa tərəddüd olsaydı, əmin olun ki, İnqilab Məmmədov bu qırmızı vərəqənin cəzasını çox çəkəcəkdi. FİFA hakimi olmayan Məmmədovun ağdamlıların qapıçısını "oyundankənar” duruma salması alqışlanası haldır.
Bu məqamdan sonra isə "Qarabağ”ın futbolçularının meydanda aqressiyaya meylli futbol sərgiləməsi, az qala hər epizoda etiraz edib, rəqibi "dava”ya çağırmaq cəhdləri xoş mənzərə deyildi. "Çelsi” ilə oyununuz var, bir az sakit, bəylər!
Premyer.az
346     
Reklam

Reklam