» » Güləşçilərimiz Avropa Millətlər Kubokunda

Güləşçilərimiz Avropa Millətlər Kubokunda

Güləşçilərimiz Avropa Millətlər KubokundaMoskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparıblar. Sərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıblar. Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanan güləşçilərimizin sonuncu qarşılaşması Rusiya ilə olub. Bunadək isə Rusiya komandası da hər iki görüşü qələbə ilə başa vurub. Final xarakteri daşıyan Rusiya-Azərbaycan qarşılaşması 5:3 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Azərbaycan yığması isə turniri ikinci sırada tamamlayıb.
Yeddi idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz Rusiya, Ukrayna və Rumıniya güləşçiləri ilə yarışıblar. 8 çəki dərəcəsində keçirilən yarışda qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən güləşçilərimiz son görüşdə Rusiyaya uduzub və turniri üçüncü sırada tamamlayıblar.
48