» » Elxan Məmmədovun daha bir layihəsi iflasa uğrayır

Elxan Məmmədovun daha bir layihəsi iflasa uğrayır

Elxan Məmmədovun daha bir layihəsi iflasa uğrayırNoyabrın 3-də Regional Liqanın təşkili ilə bağlı işçi qrupunun toplantısının keçirilməsi ilə bağlı məlumat vermişdik. Xəbərdə bildirilmişdi ki, AFFA-nın baş katibi Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan yeni turnirdə 3 zona üzrə minimum 24 komandanın iştirak edəcəyi gözlənilsə də, 8 gün öncə keçirilən iclasa cəmi 7 komandanın nümayəndəsi qatılıb. Belə görünür ki, həvəskar statusu daşıyacaq yeni turnirə maraq çox aşağı səviyyədədir. Bu gedişlə baş katibin daha bir layihəsi iflasa uğrayacaq. 
Region Liqası ilə bağlı son məlumatları turnirin təşkilati işləri ilə məşğul olan Cahangir Həsənzadədən öyrəndik: "Bu günə kimi cəmi 7 komanda Region Liqasında iştirak edəcəyini təsdiqləyib. Düzdür, əvvəlcə bu say 8 idi. Ancaq son anda səhv etmirmsə "Energetik"in yarışa qatılmayacağı məlum oldu. Hazırda U-21-in düşərgəsində olduğumdan, təəssüf ki, iştirakı təsdiqlənən komandaların adlarını dəqiq söyləyə bilməyəcəm. Say az olduğundan belə qərara alındı ki, turnirə qatılmaq istəyənlərə daha bir müddət verilsin. Qarşıdakı iki-üç həftədə bütün məsələlər nöqtə qoyulmalıdır".
Cahangir Həsənzadə turnirin baş tutmaması ehtimalının olduğunu da söylədi: "Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov bölgələrdə fəaliyyət göstərən komandalarla görüşüb, onların fikirlərini öyrənəcək. Bildiyiniz kimi, əvvəlcədənyarışın hər birində minimum 8 komanda olmaqla 3 zona üzrə keçirilməsi planlaşdırılıb. Bundan az sayda iştirakçı olacağı halda, məncə, turnirin keçirilməsi məqsədəuyğun olmayacaq. Zonada 4-5 klubun çıxış etməsi nəyi dəyişə bilər? Region Liqasının təşkilində əsas məqsəd bölgələrdə futbolun inkişafı və kütləviliyin təmin olunmasıdır. Bu olmayacaqsa, yarış da effektiv alınmayacaq. Dekabra qədər gözləyəcəyik. İştirakçıların sayında artım olmasa, çox güman ki, turnir keçirilməyəcək".
Son məlumata görə, AFFA rəhbərliyi klubların Region Liqasına marağını yüksəltmək üçün mükafat fondunu artırmaq haqda düşünür. Hazırda açıqlanan mükafat fondu 1-ci yer üçün 10 min, 2-ci yer üçün 5 min. 3-cü yer üçün isə 2 min manat təşkil edir. Cahangir Həsənzadə mükafat fondunun artırılması ilə bağlı yayılan xəbərləri təkzib etdi. O, belə bir fikrin olmadığını dedi.
 
Futbol+
295     
Reklam

Reklam