» » Braziliyalı futbolçu rəsmən "Zirə"də

Braziliyalı futbolçu rəsmən "Zirə"də

Braziliyalı futbolçu rəsmən "Zirə"də"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Premyer.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı Eduardo da Konseysao Masiel karyerasını paytaxt təmsilçisində davam etdirəcək. 

Azad agent kimi "Zirə”yə keçən Edu ilə 2 illik müqavilə imzalanıb. Vətənində "Alaqona” klubunda karyerasına başlayan 28 yaşlı yarımmüdafiəçi "Korintians” və "Botafoqo” klublarında da forma geyinib. 

Edunun zəngin legioner həyatı da var. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. O, ötən mövsüm ölkəmizdə AZAL-ın heyətində yer alıb.
235     
Reklam

Reklam