» » Braziliyalı futbolçu "Neftçi"də

Braziliyalı futbolçu "Neftçi"də

Braziliyalı futbolçu "Neftçi"də"Neftçi"nin transfer etmək istədiyi braziliyalı futbolçu Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib. 

Premyer.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi bu gün "ağ-qaralar"ən səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə "Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 23 yaşlı Jairo Rodriges Filyo bunadək Braziliyanın "Amerika” (2011-2012), Bolqarıstanın "Botev” (2012-2014) və Portuqaliyanın "Trofense” (2014-2015) klublarında çıxış edib.
187     
Reklam

Reklam