» » AFFA-dan təyyarə qalmaqalına reaksiya

AFFA-dan təyyarə qalmaqalına reaksiya

AFFA-dan təyyarə qalmaqalına reaksiyaDünən Malta ilə səfərdən qayıdan milli komandamızın təyyarədə AFFA rəsmilərinin ailə üzvləri ilə birlikdə gəldiyi, bir oturacaqda iki nəfərin məcbur oturduğu iddia edilmişdi. (http://sportal.az/?goal=news&id=61992). Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu şəxsi facebook səhifəsində münasibət bildirib. Yazını olduğu kimi təqdim edirik:
"Hörmətli həmkarlar, Milli komandanın Malta oyunundan sonra vətənə qayıdarkən AFFA rəhbərlərinin ailə üzvlərinin də gəldiyinə görə təyyarədə yer olmadığını və milli üvzlərinin ayaqüstə qaldıqlarını yazan həmkarlanımızın nəzərinə çatdırmaq istərdik ki, təyyarəyə biletlər yerə uyğun olaraq verilir. Həmin həmkarlarımızdan araşdırmalarını sona qədər davam etdirmələrini, reallığın üzə çəxarılmasına çalışmalarını və bu məsələyə bizimlə birlikdə səfərdə olan apasport.az, azerisport.com, report.az, 1news.az, İTV və CBC əməkdaşlarının münasibət bildirmələrini xahiş edirəm".
203