» » U-15 liqası: 5-ci tura yekun vuruldu

U-15 liqası: 5-ci tura yekun vuruldu

U-15 liqası: 5-ci tura yekun vurulduU-15 liqasında 3 oyunla 5-ci tura yekun vurulub. Daha çox maraq doğuran qarşılaşma Binə qəsəbə stadionunda baş tutub. "Neftçi" "İnter"i qəbul edib.

 

Oyundan əvvəl turnir cədvəlində qonşu olan rəqiblərin hər ikisinin qələbəyə oynayacağı əvvəldən məlum idi. Görüş komandaların meydanın mərkəzi uğrunda mübarizəsi ilə başladı.

 

İlk hissə ərzində demək olar ki, qapılar qarşısında təhlükəli vəziyyət yaranmadı. Yalnız iki epizoddan başqa. Hissənin ortalarında qonaqlar qol vurmaq imkanı qazansalar da, Anar Quliyev vəziyyəti düzgün qimətləndirmədi.

 

İkinci təhlükəli epizodu isə 1-ci hissəyə əlavə olunmuş vaxtda "Neftçi" yaratdı. Qapıçı ilə təkbətək çıxan Novruz Əmirov "İnter"in qolkiperi Azər Fərmanovu keçməyə çalışarkən ikinci adı çəkilən futbolçu hücumun qarşısını alarkən cərimə meydançasından kənarda əllə oynadı və hakim tərəfindən meydandan qovuldu.

 

Cərimə zərbəsindən vurulan topu isə Anar Quliyevin yerinə meydana çıxan Elmar Əzizov dəf edə bildi. 
Fasilədən sonra bir nəfər az olmalarına baxmayaraq, ərazi üsünlüyü "İnter"in tərəfində idi. İkinci hissədə edilən 3 əvəzetmə qonaqların işinə yaramışdı.

 

Lakin "İnter"li futbolçular ərazi üstünlüyünü hesabda göstərə bilmədilər. Komandanın əsas qol silahı Vaqif Həsənovun meydanı zədələnərək tərk etməsi də "İnter"in vəziyyətini bir qədər də çətinləşdirdi. Daha çox əks-hücumlara bel bağlayan meydan sahibləri istəklərinə hissənin ortalarında çatdılar. Qapıçı ilə təkbətək qalan Nəsir Ağalarov hesabı açdı.

 

Bundan sonra qonaqlar məğlubiyyətdən qurtulmaq üçün hücumlarının kəsərini artırsalar da, istəklərinə nail ola bilmədilər. Halbuki onların qol vurmaq üçün 3 real qol imkanı var idi.  Beləliklə, maraqla gözlənilən "Neftçi" - "İnter" matçında meydan sahibləri minimal hesabla qalib gələrək xallarının sayını 8-ə çatdırdılar. "İnter" isə 4 oyundan sonra 6 xalla 9-cu pilləyə endi.


Bu gün keçirilən digər oyunlarda sensasiya qeydə alınmadı. "Kapitalbank Arena"da "Viləş"i qəbul edən "Sumqayıt" 5:0 hesabı ilə inamlı qələbə qazandı və 4-cü pilləyə yüksəldi. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan "Neftçi" İK İB – İOEUGİM (Sumqayıt) oyununda isə bərabərlik qeydə alındı – 2:2.


1. Qəbələ        5    4    1    0    16-4    13
2. Zirə            5    4    0    1    8-4    12
3. Vətən        4    3    1    0    20-3    10
4. Sumqayıt        5    3    1    1    15-4    10
5. Kəpəz        4    3    0    1    8-3    9
6. Qarabağ        5    3    0    2    11-6    9
7. Səbail        5    3    0    2    8-10    9
8. Neftçi        5    2    2    1    10-4    8
9. İnter            4    2    0    2    11-5    6
10. İ.Cavadov BFA    5    0    3    2    3-9    3
11. Neftçi İK İB    5    0    3    2    2-9    3
12. Viləş         4    1    0    3    5-19    3
13. İOEUGİM     4    0    2    2    6-12    2
14. Zaqatala        5    0    1    4    3-18    1
15. Turan        5    0    0    5    5-22    0 


6-cı turun oyunları oktyabrın 28-29-da keçiriləcək. Bu turda qarşılaşacaq cütlüklər belədir: "Sumqayıt" - "Vətən", "Zaqatala" - "Viləş", "Zirə" - "Səbail", "İsgəndər Cavadov BFA" - "Qəbələ", "İnter" - "Qarabağ", İOEUGİM – "Neftçi", "Kəpəz" - "Neftçi" İK İB. Oyunların başlama vaxtı, keçiriləcəyi məkan barədə əlavə məlumat verəcəyik.


Sportinfo.az

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir. 

 

 


 

233     
Reklam

Reklam