» » "Neftçi" Gəncədən 3 xalla qayıdır

"Neftçi" Gəncədən 3 xalla qayıdır

"Neftçi" Gəncədən 3 xalla qayıdırTopaz Premyer Liqasında IX turun oyunları davam edir. İkinci oyun günündə daha 2 görüş keçirilib.

Günün ilk oyunu Gəncədə olub. Bu, "Kəpəz"in cari mövsümdə ilk ev qarşılaşması idi. Gəncə stadionunun qazonu dəyişdirildiyindən Şahin Diniyevin komandası ilk dəfə "Neftçi" ilə matçda doğma publika önünə çıxıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Bu, "ağ-qaralar"ın ardıcıl 3-cü qələbəsidir.

Digər oyun isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası çempionatın uduzmayan iki kollektivindən biri olan "Zirə"ni sınağını çəkib. Meydan sahibləri bu görüşdə 2:1 hesablı qələbə qazanaraq "Zirə"nin məğlubiyyətsizlik seriyasını qırıb. 
 

21 oktyabr (şənbə)

17:00. "Sumqayıt” – "Zirə” - 2:1 
Qol: 
Sadio Tounkara, 4 (0:1), Amil Yunanov, 38 (1:1), Vurğun Hüseynov, 83 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”

15:00. "Kəpəz” – "Neftçi” - 0:1
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
Qol: Ruslan Abışov, 41
Gəncə şəhər stadionu


49