» » Dövlət Müstəqilliyi günümüz mübarək!

Dövlət Müstəqilliyi günümüz mübarək!

Dövlət Müstəqilliyi günümüz mübarək!Bu gün, oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi günüdür! Bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.
 
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
 
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
 
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
 
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
 
Premyer.az saytının kollektivi Azərbaycan Xalqını Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edir. Bayramınız mübarək!
426     
Reklam

Reklam