» » "Atletiko"nun Bakıya gələcəyi vaxt məlumdur

"Atletiko"nun Bakıya gələcəyi vaxt məlumdur

"Atletiko"nun Bakıya gələcəyi vaxt məlumdurÇempionlar Liqasında qrup mərhələsindin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq "Atletiko"nun Azərbaycana nə vaxt gələcəyi bəlli olub. Madrid klubu oktyabrın 16-da ölkəmizə gələcək. Ertəsi Bakıda ilk və son məşqinə çıxacaq "Atletiko" 18-dəki oyun bitən kimi çarter reysi ilə geri qayıdacaq. Komanda "Hilton" otelində məskunlaşacaq. "Atletiko" Bakıya əvvəlki səfərində də məhz orda qalmışdı.

"Qarabağ" - "Atletiko" görüşü oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
38