» » İrlandlardan Mirbağır İsayevin komandasına futbol dərsi

İrlandlardan Mirbağır İsayevin komandasına futbol dərsi

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda oyunlara start verilib. Bu qrupda yer alan  millimiz ilk oyununa çıxıb. Mirbağır İsayevin komandası Bolqarıstanın Qorna Orexovitsa şəhərinin "Lokomotiv” stadionunda İrlandiya ilə qarşılaşıb. Görüş İrlandiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında isə Bolqarıstanla Ukrayna üz-üzə gələcək. 
Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3cü yer sahibi elit-raunda yüksələcək.

10 oktyabr 
17:00. İrlandiya – Azərbaycan - 6:0

Qollar: Adam Uçe Ayda, 6, 24, 58, Sen Brennan, 36, Maks Mörfi, 38, Samuel Urayt, 43
Qorna Orexovitsa, "Lokomotiv” stadionu
111