» » "Sumqayıt"ın oyununda 8 qol

"Sumqayıt"ın oyununda 8 qol

Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
 
Premyer.az xəbər verir ki, "kimyaçılar" bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib. Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. 
 

Dünən axşam fitness zalında hazırlığını davam etdirən "Sumqayıt" bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komanda sabah "Kapital Bank Arena"da 10:30-da növbəti məşqinə çıxacaq.


Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.
328     
Reklam

Reklam