» » Rəşad Sadıqovun komandası debüt edir

Rəşad Sadıqovun komandası debüt edir

Rəşad Sadıqovun komandası debüt edirBu gün Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start veriləcək. Qrup mərhələsinin ilk turunun 16 görüşü keçiriləcək. Bu matçlar Azərbaycan çempionu adını daşıyan "Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olacaq. Tarixdə ilk dəfə Azərbaycan təmsilçisi Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Çelsi” ilə görüşəcək. C qrupunun matçı London təmsilçisinin Surreydəki təlim-məşq bazasında keçiriləcək.
 
 
Gənclər Liqası
Çempionlar Liqası yolu
C qrupu, I tur
12 sentyabr
 
16:05. "Çelsi” – "Qarabağ”

Baş hakim: Robert Hennessi
Baş hakimin köməkçiləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim:    Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
Hakim-inspektor: Peter Cons  (İngiltərə)
Surrey. "Çelsi”nin təlim-məşq bazasının stadionu
224     
Reklam

Reklam