» » "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oldu

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oldu

Topaz Premyer Liqasının ilk iki turundan sonra baş məşqçisi Elxan Abdullayevlə yolları ayıran "Neftçi"ni çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib. Premyer.az-ın xəbərinə görə, bu barədə ilk olaraq  Futbol11.az məlumat yayıb. Belə ki, "ağ-qaralar"ın "sükanı arxası"na Tərlan Əhmədov keçəcək. Son olaraq AZAL-da çalışan çalışdırıcı ilə danışıqlar müsbət yekunlaşıb. Komanda müvəqqəti olaraq rəhbərlik edən əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədov paytaxt klubunu bir neçə oyuna çıxardıqdan sonra əvvəlki işinə qayıdacaq. Tərlan Əhmədovla artıq müqavilə imzalandığı da deyilir.

Xatırladaq ki, Tərlan Əhmədov 2011/13-cü illərdə "Neftçi"də köməkçi məşqçi kimi çalışıb.
663     
Reklam

Reklam