» » Yaşar Vahabzadəni milliyə calayana... (QEYD)

Yaşar Vahabzadəni milliyə calayana... (QEYD)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində avqustun 31-də ilk oyununu keçirəcək. Yığmamız səfərdə İsrail komandası ilə qarşılaşacaq. "Dahi" Yaşar Vahabzadə bu oyuna hazırlıq məqsədilə avqustun 27-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmamızın heyətini açıqlayıb. Heyət deyil e, hər kol-kosdan bir futbolçudur. Mustafa Özhitay, Serkan Baloğlu, Ozan Can Kokcu, Onur Albayrak, Alen Askerov, Əmirhüseyn Nəcəfi... Sonuncunun adı sizi yanıltmasın. "Səbail"in Azərbaycan futboluna calaq elədiyi iranlıdır. Hələ "Səbail"in heyətində debüt etməmiş milliyə çağırılıb. Adamın gərək adamı ola da. Əbəs yerə yazıda "dahi" Yaşar Vahabzadə demədik. Böyük ehtimalla Vahabzadə futbolçunu izləmədən onun potensialını kəşf edib. Hissiyat belə şey olsa gərək. "Vahabzadə yəqin onu əvvəldən izləyib" deyib, özünüzü güldürməyin. Əsas milli komandaya Prosineçki fəlsəfəsi ucbatından düşə bilməyənlərin dərdi bir yandan, 21 yaşadək millidə azərbaycanlı futbolçuları görə bilməməyin dərdi də bir tərəfdən... Ay qardaş, bu ölkənin güclə 8 komandalıq çempionatı qalıb. Bu komandaların da əvəzedicisi var. Bundan başqa ölkənin I Divizionu var. Orda da 21 yaşlı millidə oynayacaq gücdə futbolçular mövcuddur. Nə qədər zəif olsalar belə, adları hansısa bir "dəftərdə" olmayan bu "geydirmə" millilərdəndirsə, öz uşaqlarımıza şans verin. Onlar da öz güclərini göstərsin, nəyə qadir olduqlarını sübut etmək üçün çalışsın. Uşaq futbolunun evini yıxan Federasiya ucdantutma "əcnəbiləşmə" siyasəti aparır. Tüpürəsən bu siyasətə... Hə bir də, Yaşar Vahabzadəni milliyə calayana min lənət...
 
Premyer.az
498