» » “Kopenhagen”də ciddi itki - "Qarabağ"la oyunda olmayacaq!

“Kopenhagen”də ciddi itki - "Qarabağ"la oyunda olmayacaq!

“Kopenhagen”də ciddi itki - "Qarabağ"la oyunda olmayacaq!"Kopenhagen” Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, komandanın mərkəz müdafiəçisi Erik Yohansson dünən ölkə çempionatında "Horsens”lə matçda (1:1) zədə alıb.  Bugünkü tibbi müayinədən sonra zədənin ciddi olduğu, 28 yaşlı isveçli futbolçunun 2017-ci ildə "Qarabağ”la oyunlar da daxil bir daha komandasına kömək edə bilməyəyi qeyd edilib.
Komandanın baş məşqçisi Steyl Solbakken bu hadisədən təəssüfləndiyini, Yohanssonun yoxluğunun onlar üçün problem yaradacağını deyib.

Xatırladaq ki, "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-ü Danimarkada keçiriləcək.
43