» » "Qarabağ"dan online bilet AÇIQLAMASI

"Qarabağ"dan online bilet AÇIQLAMASI

"Qarabağ"dan online bilet AÇIQLAMASIÖlkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edən "Qarabağ" komandasının avqustun 15-i, saat 20.00-da Danimarkanın "Kopenhagen" komandası ilə keçirəcəyi oyuna bilet satışı davam edir. Premyer.az xəbər verir ki, oyuna marağın çox olduğunu görən azarkeşlər "Qarabağ" rəhbərliyini online bilet satışı təşkil etməməkdə günahlandırır. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov Premyer.az saytına açıqlama verib:

"Dünyada online bilet sistemi tətbiq edilirsə, biz də bu sistemdən istifadə edəcəyik. Amma nəzər yetirək ki, illər əvvəl online bilet sistemi yox idi. Dünyanın 50-60 min tutumuna malik stadionuna azarkeşlər bilet alıb, getmirdilər ki?  Bizim bu məsələni yubandırmağımız müəyyən məqamlarla bağlıdır. İlk növbədə bizim ölkədə heç də hamıda elektron vasitələrdən istifadə etmək bacarığı yoxdur. Bu vərdiş halını almayıb. Digər tərəfdən də "Qarabağ"ın azarkeşlərinin çoxu məcburi köçkünlərdir. Bu baxımdan biz həmin azarkeşlərə daha çox imkan yaradırıq ki, gəlib biletləri alsınlar.  Bu gün Qarabağın oyununa çox böyük maraq var. Bu məsələdə tələb və təklifi də düşünmək lazımdır. Biletlər satışı çıxıb və "işbazlar" əlavə biletlər əldə etmək üçün müxtəlif yollara baş vurur. Deyilə bilər ki, şəxsiyyət vəsiqəsi ilə bir nəfər maksimum 3 bilet satılır. Onlar bunu da düşünür. Qohum-əqrabalarının şəxsiyyət vəsiqəsi ilə biletləri alacaq. Bu zaman klubu bu məsələdə günahkar sayacaqlar. Azarkeşlər diqqət yetirirsə, biz "qara bazar"ın qarşısını almaq üçün yalnız Respublika Stadionunun kassalarında bilet satışı təşkil edirik. Hətta fan-şopumuzda belə bilet satışına icazə yoxdur. Online bilet satışı zamanı biz yenə də "qara bazar"ın qarşısını almaq üçün məhdudiyyət tətbiq edəcəyik. Məsələn, bir nəfərə maksimum 2 bilet almağa icazə veriləcəksə, o zaman da narazılıqlar baş qaldıracaq".
220