» » "Sumqayıt" "Kəpəz"ə, "Zirə" "Səbail"ə qarşı

"Sumqayıt" "Kəpəz"ə, "Zirə" "Səbail"ə qarşı

Bu gün Topaz Premyer Liqasında mövsümün ilk turuna yekun vurulacaq. Premyer.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq. "Zirə” Premyer Liqanın debütantını qəbul edəcək.
Tura Sumqayıtda yekun vurulacaq. "Sumqayıt" "Kəpəz” qarşılaşacaq.
 
Topaz Premyer Liqası
I tur
13 avqust (bazar)
19:00. "Zirə” – "Səbail”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə İdman Kompleksinin stadionu
 
21:00. "Sumqayıt” – "Kəpəz”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Sumqayıt. Şəhər stadionu
69