» » Dünya çempionu doğum gününü qeyd edir

Dünya çempionu doğum gününü qeyd edir

Bu gün Poverliftinq üzrə Avropa və dünya çempionu Vüqar Namazovun doğum günüdür. Premyer.az xəbər verir ki, tanınmış idmançımızın 38 yaşı tamam olur. Məlumat üçün bildirək ki, 1997-ci ildə peşəkar idmana başlayan Vüqar Namazov VPS, VPC və poverliftinq idman sahəsi üzrə ən yüksək dərəcə hesab edilən WORLD POVERLIFTINQ SHAMPIONE SHOPE kateqoriyası üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu olub. Eyni zamanda, böyüklər arasında APF versiyası üzrə dünya rekordçusudur. Poverliftinq üzrə bir neçə ilə ardıcıl rekordlara imza atıb: 2000, 2001, 2003, 2012-ci illərdə rekord göstəricilərlə Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasına səbəb olub.
Prezident İlham Əliyev Vüqar Namazovu fəxri fərmanla təltif edib.
152