» » "Qarabağ" "Palermo"nun oyunçusunu icarəyə götürür

"Qarabağ" "Palermo"nun oyunçusunu icarəyə götürür

"Qarabağ" "Palermo"nun oyunçusunu icarəyə götürürÖlkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" daha bir futbolçunun keçidini reallaşdırmaq üzrədir. Ağdam klubu İtaliyanın "Palermo" klubunun futbolçusu Karlos Embalo ilə yaxından maraqlanır.   Premyer.az saytının məlumatına görə, Ağdam klubu  futbolçunun məxsus olduğu "Palermo" klubuna yeni təklif göndərib.  İtaliya mətbuatının iddiasına görə, son çempion 22 yaşlı qvineya bissaulu futbolçunu icarəyə götürmək niyyətindədir. 

Bildirilir ki, bu transfer Çempionlar Liqasının pley-off mərhələsinin matçlarından sonra reallaşacaq. 
Qeyd edək ki, hücumçunun xidmətində "Peskara" və "Breşia" klubları da maraqlıdır. 
240