» » Medel rəsmən "Beşiktaş"da

Medel rəsmən "Beşiktaş"da

Medel rəsmən "Beşiktaş"daTürkiyənin "Beşiktaş" klubu növbəti transferini rəsmiləşdirib. Premyer.az xəbər verir ki, Super Liqa təmsilçisi Milan "İnter"inin çilili futbolçu Qari Aleksis Medeli sıralarına qatıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Çili yığmasının yarımmüdafiəçisi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Çili millisində 100-dən çox oyun keçirmiş Medel son üç mövsümü "İnter"də keçirib. O, Milan klubunun heyətində 91 çempionat oyununda 1 qola imza atıb. 30 yaşlı futbolçu daha öncə "Universidad Katolika", "Boka Xuniors", "Sevilya" və "Kardiff Siti" klublarında da forma geyinib.
60