» » DÇ-2026 Mərakeşdə?

DÇ-2026 Mərakeşdə?

DÇ-2026 Mərakeşdə?Mərakeş Krallığının Futbol Federasiyası 2026-cı ildə dünya çempionatı keçirilməsi üçün rəsmi sifariş təqdim edib. Belə ki, növbəti dünya kuboku yarışlarında ilk dəfə 48 komanda iştirak edəcək. 2026-cı il mundialını keçirmək niyyəti barədə hələlik ABŞ, Kanada və Meksika birgə sifariş təqdim ediblər.
İddiaçıların sifarişləri ilə əlaqədar tələblər stadionlara və digər infrastruktur obyektlərinə, insan haqlarının qorunması və ətraf mühitin mühafizəsi prinsiplərinə riayət edilməsi, habelə hökumət tərəfindən dəstəklənmə təminatına aiddir.
DÇ-2026-nın keçiriləcəyi yer barədə qərar 2018-ci il iyun ayında Moskvada Beynəlxalq Futbol Federasiyasının (FİFA) konqresində qəbul edilə bilər, lakin bu da mümkündür ki, həmin qərarın qəbul olunması 2020-ci ilə keçiriləcək.
Xatırladaq ki, futbol üzrə dünya birinciliyi 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.
17