» » "Qəbələ" "İnter"ə qarşı

"Qəbələ" "İnter"ə qarşı

Bu gün Topaz Premyer Liqasında daha bir oyun keçiriləcək. Premyer.az xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci günündə "İnter"lə "Qəbələ" qarşılaşacaq.

Ötən mövsümün mükafatçıları "İnter Arena”da üz-üzə gələcək. Avropa Liqasında çıxışını başa vuran komandalar yeni mövsümdə ilk xallarını qazanmağa çalışacaq.

Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda "Neftçi" öz meydanında "Qarabağ"a uduzub – 1:3. Turun digər iki qarşılaşması sabah keçiriləcək.

Topaz Premyer Liqası

I tur

12 avqust (şənbə)

20:00. "İnter" – "Qəbələ"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena”

36