» » Türkiyə Kubokunda qrup oyunları ləğv edildi

Türkiyə Kubokunda qrup oyunları ləğv edildi

Türkiyə Kubokunda qrup oyunları ləğv edildiTürkiyə Futbol Federasiyası (TFF) Türkiyə Kubokunun reqlamentində dəyişiklik edib. Premyer.az xəbər verir ki, ölkənin ali futbol qurumu sözügedən turnirdə tətbiq olunan qrup mərhələsinin oyunlarını ləğv edib. Bundan sonra Türkiyə Kubokunda bütün oyunlar pley-off sistemi ilə keçiriləcək.

Qərara görə, ilk 4 təsnifat mərhələsində komandalar qalibi tək oyunla müəyyənləşdirəcəklər. 5-ci təsnifat mərhələsindən etibarən, 1/8, 1/4, yarımfinal və final oyunları isə ev-səfər prinsipi ilə keçiriləcək.
Xatırladaq ki, əvvəlki illərdə Türkiyə Kubokunda həm pley-off, həm də qrup oyunlarından istifadə olunurdu. Belə ki, ilk 4 təsnifat mərhələsindən qalib ayrılmış kollektivlər qrup mərhələsində mübarizə aparmaq hüququ qazanırdılar. Qrup mərhələsindən qalib ayrılan 16 kollektiv 1/8 finalda üz-üzə gəlirdi və finala qədər pley-off görüşlərindən istifadə olunurdu. Bu sistem 2014-cü ildən t'tbiq edilirdi.
122     
Reklam

Reklam