» » Qurban Qurbanov: “Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək”

Qurban Qurbanov: “Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şerif” üzərində qazandığı 2:1 hesablı qələbəni şərh edib.
Premyer.az klubun "Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunun çətin keçəcəyini gözlədiklərini bildirib:
"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm.
Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm".
423     
Reklam

Reklam