» » Avropa çempionatı üçün akkreditasiya şərtləri açıqlandı

Avropa çempionatı üçün akkreditasiya şərtləri açıqlandı

Avropa çempionatı üçün akkreditasiya şərtləri açıqlandıoleybol üzrə qadınlar arasında keçiriləcək 2017 CEV Avropa Çempionatı üçün media nümayəndələrinin akkreditasiya şərtləri açıqlanıb. Premyer.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyası feysbuk səhifəsi vasitəsilə yarışları işıqlandırmaq istəyən media mənsublarına müraciət edib.
 
Bildirilib ki, akkreditasiya almaq üçün müraciət avqustun 1-dən etibarən start götürüb. Bunun üçün media nümayəndələri ( http://eurovolleywomen2017.com/en/media) bu bu linkə daxil olaraq anketi doldura bilərlər. Nəzərinizə çatdıraq ki, akkreditasiya üçün son tarix 31 avqustdur. 31 avqustdan sonra göndəriləcək anketlər nəzərə alınmayacaq.
 
Tbilisi matçlarında iştirak edəcək jurnalistlər Tbilisi Yeni İdman Sarayından, Göygöldə olacaq jurnalistlər Göygöl Olimpiya Kompleksindən, Bakıda olacaq media nümayəndələri isə Milli Gimnastika Arenasından kartlarını əldə edəcəklər.
 
Qeyd edək ki, qeydiyyatdan keçən şəxşlərə akkreditasiya kartları 15 sentyabr tarixindən etibarən yuxarıda göstərilən ünvanlarda verilməyə başlayacaq.
133     
Reklam

Reklam