» » İdman Azərbaycan "Qarabağ"ın oyunu ilə bağlı rəsmi məlumat yayımladı

İdman Azərbaycan "Qarabağ"ın oyunu ilə bağlı rəsmi məlumat yayımladı

Günün əsas matçı - "Qarabağ"ın Azərbaycan futbolu üçün tarixi əhəmiyyətli oyunlarından olan "Şerif"lə görüşü Azərbaycan teleməkanında göstərilməyəcək. Premyer.az xəbər verir ki, "İdman Azərbaycan" telekanalı bununla bağlı rəsmi açıqlama yayıb:

"İdman Azərbaycan" kanalı Çempionlar liqasının pley-off mərhələsindən etibarən oyunların yayım hüququna sahibdir. I, II və III mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadır. Həmin mərhələ zamanı "İdman Azərbaycan" kanalı klublara yardım etmiş və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə razılığa gələrək qarşılaşmaları barter etmişdi. Ötən həftə keçirilən "Qarabağ" - "Şerif" oyunu zamanı da "İdman Azərbaycan" kanalı matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin "Şerif" klubu bununla razılaşmayaraq Bakıdakı oyunun Moldovada translyasiyasına razı olmadı və Tiraspoldakı oyunun da yayımına razılıq vermədi. Bu səbəbdən də "Şerif" - "Qarabağ" oyununun yayımlanmamasının səbəbkarı Moldovanın "Şerif" klubudur".
Qeyd edək ki, "Şerif" klubu yayım tezliklərinin Azərbaycan tərəfinə ötürülməsi üçün qarşı tərəfdən 50 min avro istəyib. "Qarabağ" klubu isə bu məbləği yüksək sayaraq yayımdan imtina edib.
526     
Reklam

Reklam