» » Millimiz Xorvatiyayadan bir xal aldı

Millimiz Xorvatiyayadan bir xal aldı

Bu gün "Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start verilib.

Premyer.az-ın məlumatına görə, H qrupunda mübarizə aparan yığmamız da növbəti oyununa çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz Bakıda Xorvatiya ilə üz-üzə gəlib.
Komandamız bu rəqiblə ötən ilin oktyabrında Xorvatiyada qarşılaşıb. Berti Foqtsun rəhbərliyi dövrünə təsadüf edən görüş millimizin biabırçı məğlubiyyəti lə başa çatıb – 0:6.
Bu gün Azərbaycan yığması adlı-sanlı futbolçulardan ibarət rəqibindən revanş almağa çalışıb. Bu görüş həm də xorvatiyalı mütəxəssis Prosineçkinin bir vaxtlar çalışdığı milli komandaya qarşı ilk oyunu kimi əlamətdar olub. Oyun 0-0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Xorvatiya yığması 13 xalla qrup lideridir, millimiz isə 4 xalla 5-ci pillədə qərarlaşıb.
 

3 sentyabr

"AÇ-2016”nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan - Xorvatiya 0-0
Baş hakim:
 Ruddi Buke (Fransa)
Bakı. 8-ci kilometr qəsəbə stadionu


394     
Reklam

Reklam