» » “Offside”dan “inside”a cığır (QEYD)

“Offside”dan “inside”a cığır (QEYD)

“Offside”dan “inside”a cığır (QEYD)Bir müddət əvvəl "Neftçi”nin mətbuat günü ilə bağlı fərqli bir tədbir təşkil edəcəyi açıqlanmışdı. Viktorina formatının həm intellektual baxımdan faydalılığını, həm ideya olaraq fərqliliyini  düşünərək, "FutbolPress” komandası adı altında  iştirak etmək qərarına gəlmişdik.

Dünən planlaşdırılan tədbir baş tutdu. "Neftçi”, onun tarixi ilə bağlı viktorina Bakının ən məşhur idman kafelərindən biri "Offside Pub&Bar”da təşkil olundu. 11 komanda birdövrəli sistemlə yarışdı və "Döyüşə yalnız qocalar gedir” qələbə qazandı. Sonda Bakı Olimpiya Stadionunun mətbuat xidməti də tədbirdə iştirak edənlərə öz hədiyyələrini çatdırdı.

Tədbirin ideyası kimi, təşkilatçılığı da yüksək səviyyədə oldu. Hazırlanan sualların keyfiyyəti, viktorinanın formatı, yarışan komandaların səviyyəsi, ümumi ab-hava - hər şey ideala yaxın idi. Hamı – qaliblər də, mükafatçılar sırasına düşə bilməyənlər də razı qaldı.

*** *** ***

"Neftçi”nin tədbiri, həqiqəqtən də, klubun mətbuata münasibətinda hansı yolu tutduğunu göstərdi. Media gününə məhz belə yanaşma lazım idi. Həm intellektual proses, həm klubun və onun tarixinin bu prosesdə əsas obraz seçilməsi, jurnalistlər üçün daha səviyyəli təklif və s.

Bu, bi bir tərəfdən də yeni bir yol olmalıdı. Artıq anlamaq lazımdı ki, Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərə "yemək-içmək" vermək intellektual hadisə deyil, yeni cığır qoymur və səviyyəli vərdişlərçün zəmin yaratmır...

Medianın quru, sadəcə təbrik xatirinə edilmiş təbriklərə ehtiyacı yoxdu. Onun özünün də iştirakçısı olduğu bir proses – bu, hamı üçün ən yaxşısıdı.

Ümid edək ki, Neftçinin "Offside"dakı tədbiri digərləriyçün "offside"dan, "inside"a çığır olacaq.
195     
Reklam

Reklam