» » "Sumqayıt"dan Boludakı 4-cü gündə tək məşq

"Sumqayıt"dan Boludakı 4-cü gündə tək məşq

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" ötən günü bir məşq əsnasında başa vurub. Premyer.az xəbər verir ki, futbolçular Samir Abasovun rəhbərliyi altında axşam məşqə çıxıblar. 

Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb. 

Sumqayıtlılar bu gün 2 məşqə çıxacaqlar.
180     
Reklam

Reklam