» » "Sumqayıt" sabah ilk matçına çıxacaq

"Sumqayıt" sabah ilk matçına çıxacaq


Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü iki məşqlə başa vurub. Premyer.az xəbər verir ki, sumqayıtlıların səhər məşqində daha çox toplu çalışmalara üstünlük verilib. Komanda üzvləri bəzi taktiki gedişlər üzərində də işləyiblər. 

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşünü 17 iyulda Super Liqa təmsilçisi "Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.
30