» » "Yagelloniya" "Qəbələ"ni qələbə ilə qarşıladı (VİDEO)

"Yagelloniya" "Qəbələ"ni qələbə ilə qarşıladı (VİDEO)

"Yagelloniya" "Qəbələ"ni qələbə ilə qarşıladı (VİDEO)Futbol üzrə Polşa çempionatına start verilib. Premyer.az xəbər verir ki, ilk oyun günündə "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yagelloniya" "Termalika"nın qonağı olub. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Yagelloniya"nın yeganə qolunu 47-ci dəqiqədə penaltidən Lukaş Sekulski vurub.  
Qeyd edək ki, "Qəbələ" və "Yagelloniya" arasında Bakıda keçirilmiş ilk görüş 1-1 hesablı heç-heçə ilə yekunlaşmışdı. Cavab görüşü iyulun 20-də olacaq.  Oyun İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.
47