» » "Qəbələ" Polşada: "Qələbə üçün gəlmişik"

"Qəbələ" Polşada: "Qələbə üçün gəlmişik"

"Qəbələ" Polşada: "Qələbə üçün gəlmişik"Xəbər verdiyimiz kimi, Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Polşaya gedib. "Qırmızı-qaralar" ötən gecə saat 2-də Bakı-Kiyev-Varşava hava reysilə səfərə çıxıb. Təmsilçimiz Polşa paytaxtından Avroliqadakı rəqibi olan "Yagelloniya"nın təmsil etdiyi Belostok şəhərinə avtobusla yollanacaq.Artıq komandamız Polşanın paytaxtına çatıb. Bu barədə "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov sosial şəbəkədəki paylaşımında bildirib: "Polşaya qələbə üçün gəlmişik".
Xatırladaq ki, bu komandaların ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb.
"Qəbələ”nin matça 4 gün qalmış Polşaya getməsi səbəbsiz deyil. Klubun vitse-prezidenti Fariz Nəcəfov bugünlərdə jurnalistlərə bildirib ki, "Qəbələ”nin büdcəsi hazırda elə də çox olmadığından Polşaya çarter reysi ilə gedə bilmirlər. Buna görə də matça lazımi səviyyədə köklənmək üçün adi reyslə 4 gün əvvəldən yola düşəcəklər.
153