» » Reynaldonun transferi baş tutmadı

Reynaldonun transferi baş tutmadı

Reynaldonun transferi baş tutmadı"Qarabağ”ın sabiq hücumçusu Reynaldonun İsveçrənin "Young Boys” klubuna keçidi baş tutmayıb. Premyer.az xəbər verir ki, bu haqda Adana mətbuatı məlumat yayıb.
Qeyd edək ki, müqavilə ilə "Adanaspor”a məxsus olan braziliyalı futbolçunun bir müddət əvvəl bu komandadan ayrılaraq  "Young Boys”la danışıqlara getdiyi bildirilmişdi. Amma yayılan son xəbərlərə əsasən, Reynaldo yenidən "Adanspor”un düşərgəsinə qayıdıb.
Hələlik rəsmi təsdiqlənməyən xəbərə görə, eks "Qarabağ”lı tibbi müayinədən uğurla keçə bilmədiyindən onun "Young Boys”a transferi alınmayıb.

Xatırladaq ki, superliqanı tərk edən "Adanaspor" yeni mövsümdən birinci liqada yarışacaq.
52