» » "Qəbələ"nin sabiq oyunçusu Ukrayna klubunda

"Qəbələ"nin sabiq oyunçusu Ukrayna klubunda

"Qəbələ"nin sabiq oyunçusu Ukrayna klubunda"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonov özünə yeni klub tapıb. Premyer.az xəbər verir ki, o, yeni mövsümdən Ukraynanın "Çernomorets" komandasının şərəfini qoruyacaq.  Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmır.

Qeyd edək ki, "Çernomorets" Antonov üçün doğma klubdu. O, 2013/14 mövsümündə bu komandada oynayıb. 

2015/16 mövsümündə "Qəbələ"nin heyətində çıxış etmiş 31 yaşlı ukraynalı hücumçu karyerası ərzində Ukraynanın "Metallist", "Zarya", "İliçevets", "Dnepr", "Krivbass", Rusiyanın "Kuban", Qazaxıstanın "Aktobe", Macarıstanın "Dyirmot" klublarında da forma geyinib.
36